Coliyə məşhur jurnalda vəzifə verildi

coliye-meshur-jurnalda-vezife-verildi
Oxunma sayı: 901

Hollivud ulduzu Acelina Coli nüfuzlu “Time” jurnalının redaktoru olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu vəzifəyə dərginin rəhbəri Edvard Felsenthal tərəfindən təyin olunub. 

Dünyaca populyar olan məşhurun jurnalla əməkdaşlığı barədə danışıqlar ötən ilin aprel ayından etibarən başlayıb. Bundan əlavə, 11 ildir UNİCEF-in xoşməramlı səfiri olan aktrisa insan və qadın  hüquqları ilə bağlı məqalələr də yazacaq.