“Çoxları bizə əhsən deyəcək”

coxlari-bize-ehsen-deyecek
Oxunma sayı: 1031


“Qafqazinfo”nun məlumatına görə, ekran işinin fərqliliyini diqqətə çatdıran Nurkan gördükləri iş barəsində bunları söylədi: “Əsas çəkilişləri Şamaxıdakı otellərin birində aparılmış klipdə baş rolu Lalə ilə mən oynamışıq.  Sürpriz qalsın deyə, süjet xəttini açıqlamaq istəmirəm. Sadəcə deyə bilərəm ki, bu klip üzə çıxdıqdan sonra şou-biznes meydanında, sözün yaxşı mənasında, ortalığı qarışdıracaq, çoxları bizə əhsən deyəcək.

İlk növbədə, təşəkkür edirəm Kemal Erataya ki, öz dəstəyini bizdən əsirgəmədi. Başda rejissor Emin Muradov olmaqla bütün çəkiliş heyətinə də var olun deyirəm. İnşallah, iyunun 8-nə kimi klipi təhvil alacağıq. Əminəm ki, tamaşaçılar bəyəncəklər”.

Məlumat üçün bildirək ki, Nurkanın yazdığı “Aman-aman”ın aranjmanı Rəşad Hüseynova məxsusdur.