Cücələrin tələf olma səbəbləri bilindi

cucelerin-telef-olma-sebebleri-bilindi
Oxunma sayı: 672

Hacıqabul rayonunda cücələrin tələf olma səbəbləri müəyyənləşib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 17-də rayon sakini Rövşən Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələri tələf olub. Bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda olaraq araşdırma aparıb. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilib, kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyenik tələblərə uyğun olmadığı müəyyən edilib. 

Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib.