Dado-nun həbsinin səbəbi açıqlandı

dado-nun-hebsinin-sebebi-aciqlandi
Oxunma sayı: 680

Daxili İşlər Nazirliyi Reper Dadonun (Səid Əliyevin) həbs olunmasının səbəblərini açıqlayıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səid Əliyev polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün saxlanılıb. “Bu inzibati həbsdə qanunsuz heç bir məqam yoxdur”. O. Mansurzadə onu da qeyd edib ki, Dadonun işi ilə bağlı Nəsimi rayon məhkəməsi qərar verib.

Nəsimi rayon Məhkəməsindən “Qafqazinfo”ya verilən məlumatda isə bildirilib ki, Dado haqqında fevralın 27-də inzibati qaydada 10 sutkalıq həbs qərarı çıxarılıb.

Onu da xatırladaq ki, Səid Əliyevin valideynləri məhkəmənin qərarını əldə etmək üçün bir neçə dəfə Nəsimi rayon Məhkəməsinə müraciət etdiklərini, lakin qərarın surətinin onlara təqdim olunmadığını bildiriblər.

Qeyd edək ki, Dadonun yol polislərinin qanunsuz əməllərinə həsr etdiyi “YPX” adlı repinə görə həbs edildiyi iddia olunur. Bildirilir ki, polis idarəsində ondan qısa müddətdə həmin repi internetdən silmək tələb olunub.

Aynur B.