Dağıstanda məktəbdə zəhərlənmə - 19 uşaq xəstəxanalıq oldu

dagistanda-mektebde-zeherlenme
Oxunma sayı: 874

Dağıstanın Kaspiysk şəhərində məktəblərdən birinin yeməkxanasında qida zəhərlənməsi baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, 8-9 yaşlı 19 məktəbli xəstəxanaya yerləşdirilib. Onların hamısına qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Məktəbin məsul şəxsləri istintaqa cəlb olunub.