Dağlıq Qarabağdakı separatçı rejimin sponsoru həbs edildi

dagliq-qarabagdaki-separatci-rejimin-sponsoru-hebs-edildi
Oxunma sayı: 1030


“Qafqazinfo”nun məlumatına görə, APA-nın Moskva müxbiri məhkəmə zalından xəbər verir ki, bu gün məhkəmə istintaq tərəfinin vəsatətini təmin edərək L. Ayrapetyan barəsində sentyabrın 15-dək həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, L. Ayrapetyan iyulun 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Monakodan Moskvaya gələrkən “Domodedovo” aeroportunda saxlanılıb. O, çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.

L. Ayrapetyanın saxlanılması “Kinqiseppskaya” cinayətkar qruplaşması ilə bağlı aparılan istintaq çərçivəsində baş tutub. Onun adını isə müstəntiqlərə hazırda ömürlük həbs cəzası çəkən sabiq senator İqor İzmestyev bildirib.

Onu da qeyd edək ki, L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru kimi də tanınır.