Daha bir ölkə rus diplomatların deportasiyasına hazırlaşır

daha-bir-olke-rus-diplomatlarin-deportasiyasina-hazirlasir
Oxunma sayı: 2688

Polşa Böyük Britaniyaya həmrəylik nümayiş etdirmək üçün rus diplomatları ölkəsindən deportasiya edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gazeta Prawna hökumətdəki mənbəsinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Varşava, həmçinin rus şirkətləri və məmurlarını hədəf alan Moskvaya qarşı sanksiyalar tətbiq etməyi də nəzərdə tutub. 

Bu istiqamətdə müzakirələr artıq ötən həftədən start götürüb, lakin Rusiyada keçirilən prezident seçkilərinin nəticəsini əldə edənə qədər təxirə salınıb. 

Xatırladaq ki, daha əvvəl Polşa xarici işlər nazirinin müavini Konrad Şimanski bəyan etmişdi ki, Varşava Almaniyanı “Şimal axını -2” qaz kəmərinin tikintisindən daşındırmağa çalışır. 

Qeyd edək ki, bütün bunlar Britaniyada keçmiş cəsus Sergey Skripalın qızı ilə birgə zəhərlənməsi fonunda baş verir. Britaniya hökuməti baş verənlərdə Rusiyanı günahkar bilir.