Daşqın nəticəsində ölənlərin sayı 122-yə çatıb

dasqin-neticesinde-olenlerin-sayi-122-ye-catib
Oxunma sayı: 638

Şri-Lankada leysan yağışları nəticəsində yaranan daşqınlar zamanı ölənlərin sayı 122-yə çatıb, daha 97 nəfər isə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.

Daha əvvəl 113 nəfərin həlak olması, 100 nəfərin itkin düşməsi barədə xəbər yayılmışdı.

Hökumətin məlumatına görə, həlak olanların əksəriyyəti torpaq sürüşmələrinin qurbanı olub. Təxminən 500 min nəfər təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalıb.

Şri-Lanka BMT və Cənubi Asiya ölkələrinə daşqın nəticələrinin aradan qaldırılmasında kömək üçün müraciət edib.