Dəm qazından ölən qızın bir neçə ay öncə toyu olub

dem-qazindan-olen-qizin-bir-nece-ay-once-toyu-olub
Oxunma sayı: 12817

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhərinin Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı dəm qazından boğularaq dünyasını dəyişib.

“Qafqazinfo” vaxtsız vəfat edən Nərminlə bağlı bəzi məlumatlar əldə edib.

Dəm qazının qurbanı olan gənc qız ABŞ-ın nüfuzlu Hyuston Universitetində Psixologiya fakültəsində təhsil alıb.

Nərmin, bəlkə, ömrünün ən gözəl günlərini yaşayırdı. Onun bir neçə ay öncə toyu olmuşdu. 

Dostları sosial şəbəkədə Nərminin şəkillərinin altına onunla bağlı xoş sözlər yazaraq faciəvi ölümündən kədərləndiklərini ifadə ediblər.