Demet Akalın Okanla Bakıya gəlir

demet-akalin-okanla-bakiya-gelir
Oxunma sayı: 1418

Türkiyəli məşhur müğənni Demet Akalın Bakıya gələcək. “Qafqazinfo” xəbər verir ki, sənətçi gələn ay paytaxtda konsert proqramı ilə çıxış edəcək. 

Tədbir iyunun 14-də “Elektra Events Hall”da baş tutacaq. Gecədə Demet Akalından sonra səhnəyə həyat yoldaşı Okan Kurt çıxaraq DJ-lik edəcək.

Qeyd edək ki, konsertin təşkilatçısı Sahib Heydərovdur.