Deputatlarımız pozuntu ilə qarşılaşmayıblar

deputatlarimiz-pozuntu-ile-qarsilasmayiblar
Oxunma sayı: 644

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müşahidə qrupunun üzvləri, Milli Məclisin deputatları Eldar İbrahimov və Azay Quliyev dekabrın 4-də Sankt-Peterburqun Lomonosov və Petrodvorets rayonları üzrə 16 seçki məntəqəsində səsvermənin gedişini izləyiblər. Azərbaycandan olan müşahidəçilər bildirmişlər ki, seçkilər Rusiya Federasiyasının qanunvericiliyinə uyğun qaydada keçirilir. Hər hansı qanun pozuntusu müşahidə olunmayıb.