“Dini zəmində törədilən terror aktları azdır”

dini-zeminde-toredilen-terror-aktlari-azdir
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, əsasən təhsil səviyyəsinin aşağı olduğu, sosial problemlərin yaşandığı ölkələrdə daha fəal çıxış edən radikal qruplar nə özlərinin, nə də ətrafdakı insanların həyatlarına qəsd etməkdən çəkinmirlər: “Statistika göstərir ki, terrorçu qruplaşmaların əksəriyyəti öz addımlarını dini baxımdan əsaslandırsa da, əslində dini zəmində törədilən terror aktları azlıq təşkil edir. Hər şeyi dini motivlərlə əlaqələndirmək yanlış nəticələr doğurar. Din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükə daşıyır”.

Komitə sədri radikal qrupların təsirini azaltmaq üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının, təhsilin səviyyəsinin yüksəldilməsinin, sosial problemlərin həllinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.