Diplomat tələbələrlə görüşdü

diplomat-telebelerle-gorusdu
Oxunma sayı: 646

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ilk olaraq çıxış edən İqtisadiyyat fakültəsinin dekanı Dos. Həzi Eynalov görüş iştirakçılarını salamlayaraq belə görüşlərin əsas məqsədinin mühüm təcrübəyə sahib mütəxəssislərlə tələbələrimizi görüşdürmək və onların həyat təcrübələrinin gənclərə çatdırılması olduğunu qeyd edib.

Daha sonra söz alan Türkiyənin ölkəmizdəki səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı dəvət üçün təşəkkür edərək, Qafqaz universiteti nailiyyətlərini yaxından təqib etdiyini və uğurlarından çox məmnun qaldığını bildirib. Belə görüşlərin gənc nəsil baxımından böyük əhəmiyyətə sahib olduğunu, xüsusi ilə gələcək iş həyatlarının formalaşmasında onlara böyük köməklik göstərdiyini söyləyib. Daha sonra qonaq özünün keçdiyi həyat yolu haqqında tələbələrə geniş məlumat verib. Həyata yeni atılacaq Qafqaz universitetinin istedadlı tələbələrinin Azərbaycana böyük faydalar saxlayacağına böyük inam bəslədiyini qeyd edən qonaq, bu prosesdə gənclərin üzləşə biləcəyi problemlərdən danışıb.

Daha sonra söz alan tələbələr qonaqla öz fikirlərini paylaşıblar və onların maraqlandıran sualları veriblər. Maraqlı fikirlər və suallarla davam edən görüşə Dünya iqtisadiyyatı kafedrasının müdiri Dos. Altay İsmayılov və eyni kafedranın müəllimi Sənnur Əliyev də iştirak edərək öz fikirlərini görüş iştirakçıları ilə paylaşıblar.

Nigar Məmmədli