“Diqlas”dakı yanğın böyük tıxaca səbəb oldu - Yenilənib

diqlasdaki-yangin-boyuk-tixaca-sebeb-oldu
Oxunma sayı: 4873

Bu gün Bakıda “Diqlas” ticarət mərkəzində baş verən yanğın böyük tıxaca səbəb olub.  Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar hazırda yolda hərəkət məhdudlaşdırılıb.

Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.  

***

Bakı Nəqliyyat Agentliyi Nizami rayonunda baş verən güclü yanğının tıxaca səbəb olması barədə növbəti açıqlama yayıb.  Bildirilib ki, Q. Qarayev prospektində hərəkət normallaşıb:

“Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqa dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək yolda da hərəkət normaldır.

Qeyd edək ki, Dakar dairəsindən metronun Q.Qarayev istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər”.