Dövlət orqanlarında elektron xidmətlərlə ilə bağlı yenilik

dovlet-orqanlarinda-elektron-xidmetlerle-ile-bagli-yenilik
Oxunma sayı: 633

Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədini daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.
Dövlət Agentliyi pilot layihə çərçivəsində Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək.

Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.

“Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.