Dövlət qulluğuna imtahan verənlərin nəticələri açıqlandı

dovlet-qulluguna-imtahan-verenlerin-neticeleri-aciqlandi-
Oxunma sayı: 648

Komissiyadan “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4199 namizəd qeydə alınıb. Onlardan 1148 nəfəri (bütün namizədlərin 27.34%-i, test imtahanında iştirak edən 3384 namizədin 33.92%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 295 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb və Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.
Müsahibədə iştirak etmək hüququ olan 1148 namizəddən 978 nəfəri bu hüquqdan istifadə edib. Onlardan 92 nəfəri (9.41%) müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 886 namizəddən 320 (36.12%) nəfəri vakant vəzifələrə uyğun bilinib.



Nigar Məmmədli