Droqba “Qalatasaray”da

droqba-qalatasarayda-
Oxunma sayı: 652

“Qafqazinfo” xəbər verir ki, “Cim Bom” Sneyderdən sonra digər bir ulduz futbolçu Didye Droqba ilə müqavilə imzalayıb. Futbolçunu transfer etmək üçün “Qalatasaray” rəhbərliyi birbaşa Cənubi Afrikaya yollanıb. Droqba Fildişi yığmasının heyətində, Afrika millətlər kubokunda, komandasına kömək edir. Droqba ilə 1 illik müqavilə imzalanıb. Lakin bu müddət 2 il yarıma qədər uzadıla bilər. Ulduz futbolçu milli komandadakı işini qurtardıqdan sonra İstanbula gələcək.

İqbal