Dünya bu kadrdan danışır- - Turist təkbaşına 10-dan çox adamı döydü

dunya-bu-kadrdan-danisir-
Oxunma sayı: 2600


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, turist qaldığı otelin yanındakı marketdən su almaq istəyən zaman su butulkaları yerə tökülüb. Buna görə əsəbiləşən satıcının əlindəki çubuqla turisti vurmaq istəməsi ilə bütün küçə bir-birinə qarışıb. Qonşular da satıcıya dəstək üçün turistə  hücum ediblər. Belə ki, müntəzəm olaraq idmanla məşğul olan turist 20-yə yaxın adamı döyüb, ona yumruq vurmaq istəyən bir nəfər isə bir zərbədən yerə yıxılıb və dişləri sınıb. 

Mediaya hadisə ilə bağlı açıqlama verən irlandiyalı Mohammed Fadel Dobbous satıcıların sadəcə yanlış adama rast gəldiyini deyib. O, sadəcə su almaq istədiyini bildirib: “Heç birindən qorxmadım, əksinə çox təəccübləndim. Kaş ki, bir az kişi olardılar. Mən sadəcə özümü müdafiə etmişəm”.

“Qafqazinfo”