Dünyanı gəzən cütlüyün ölümə aparan səfəri... - Fotolar

dunyani-gezen-cutluyun-olume-aparan-seferi
Oxunma sayı: 9088

Martın 10-da Efiopiyada qəzaya düşən təyyarədə ölən 157 nəfər arasında 3 Rusiya vətəndaşı da olub.

“Qafqazinfo” xəbər verir ki, onlardan ikisi Rusiyanın məşhur bankı “Sberbank”ın əməkdaşları Yekaterina və Aleksandr Polyakova cütlüyü olub.

Beş ildir ailəli olan və dünyanın bir çox ölkəsini gəzən cütlük ölümündən öncə sosial şəbəkədə video paylaşıb. 28 yaşlı Yekaterina tərəfindən çəkilən görüntüdə onun əri ilə birlikdə Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” reysini gözlədiyi görünür.

Bundan əlavə, Yekaterina İnstaqram hesabında “Təxminən 1 il əvvəl Asiyaya getmişdik. İndi isə Afrikaya uçuruq. Bu onu göstərir ki, çərçivə və sərhədləri biz özümüz çəkirik” deyə bildirib.