Ebru ərini geridə qoydu

ebru-erini-geride-qoydu
Oxunma sayı: 4097


“Qafqazinfo” Türkiyə Mətbuatına istinadən xəbər verir ki, Rza Zərrab 2013-ci ildə ticarət fəaliyyətlərinə görə  133 min lirə gəlir vergisi ödəyib. 

Rüşvət əməliyyatında həbs olunan və sərbəst buraxıldığında "Cari borcumun 15 faizini ödədim” sözlərindən sonra ödədiyi vergi də müzakirə mövzusuna çevrilən iş adamının  həyat yoldaşı Ebru Gündeş ərinin gəlir vergisini geridə qoyub. Ebru Gündeş 2013-ci ildə verdiyi konsertlər və münsif üzvü olduğu “O Ses Türkiye” kimi yarışmalardan əldə etdiyi gəlirlər üçün 898 min 324 lirə vergi ödəyib.