“Ebru və Rza hönkür-hönkür ağlayıb”

ebru-ve-rza-honkur-honkur-aglayib
Oxunma sayı: 4611


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazar Gündeş və həyat yoldaşı Rza Zərrab haqda yazdığı köşədə  çıxan xəbərlərin əsassız olduğunu bildirib:

“Məşhur olduğu üçün Gündeşə həbsxanada xüsusi münasibət göstərildiyi haqda çıxan xəbər yanlışdır. Ebru  əri ilə ilk dəfə şəxsən özü prokurordan aldığı xüsusi icazə sayəsində görüşüb. Şüşə arxasında baş tutan görüş bir saat davam edib, vaxt bitdikdən sonra gözətçilər Zərrabı kamerasına apararkən ikisi də hönkür-hönkür ağlayıb.

Artıq Gündeş ərini həftədə bir saat görə bilir. O da hər kəs kimi sırasını gözləyir, girişdə qadın məmurlar üstündə axtarış edir,  maqnitli qapıdan keçərkən paltosunu və ayaqqabılarını çıxarır. Yəni düşündüyünüz kimi  onun üzünə baxıb " Ooo xoş gəlmisiniz Ebru xanım, buyurun içəriyə keçin" demirlər. Zərraba həftədə 10 dəqiqəlik telefonla evinə zəng etməyə icazə verilir, vaxt bitdikdən sonra zəng avtomatik kəsilir. Hesabına həftədə yalnız 300 lirə köçürülür.  İşə baxın, bir zamanlar milyon dollarlarla oynayan adam, bu gün 300 lirə ilə dolanır”.