Əcnəbi futbolçular türk dilini öyrənir

ecnebi-futbolcular-turk-dilini-oyrenir
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, klubun xarici futbolçuları Yobo, Christian, Sow, Bienvenu, Stoch ve Kuyt türk dilini öyrənməyə başlayıb. Bu futbolçulara türk dilini öyrənmələri üçün 100 saat dərs veriləcək. Belə ki, məşqlərdən geri qalan vaxtlarda futbolçular gündə 2 saat kurs keçəcək.

Dünən baş tutan ilk dərsdə maraqlı anlar da yaşanıb. Dirk Kuyt “Mən onsuzda türk dilində bilirdim” deyərək 1-dən 10-na kimi saymağa başlayıb.

Tələbəlik illərinə geri dönən futbolçular sonda xatirə şəkli də çəkdiriblər.

Türkiyədə atılan bu addımın Azərbaycanda da tətbiq edilməsi təqdirəlayiq hal olar. Çünki Azərbaycan dilində danışmağı ilkin formada da olsa bacarmaq, transfer olunan futbolçulara gündəlik həyatlarında, öz klub yoldaşları ilə münasibətdə, jurnalistlərlə söhbətdə kömək ola bilər.

Sevinc