Ədliyyə naziri siyasi sığınacaq axtarır

edliyye-naziri-siyasi-siginacaq-axtarir
Oxunma sayı: 636

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu xəbər sosial şəbəkələrdə yayılıb. Xəbərdə qeyd olunur ki, Adeişvili artıq Belçika tərəfinin razılığını alıb.

“Vahid Milli Hərəkat”da hələlik bu məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, Gürcüstan Baş prokurorluğu bu gün məhkəməyə Zurab Adeişvili barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə müraciət edib. Məhkəmə müraciəti qəbul edib və Adeişvili barəsində qiyabi olaraq həbs qərarı çıxarıb.