Əfqanıstan hərbçiləri Azərbaycanda təhsil alacaq

efqanistan-herbcileri-azerbaycanda-tehsil-alacaq
Oxunma sayı: 1304

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” saziş 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanıb.