Əfqanıstanda 30 hərbçi öldürülüb

efqanistanda-30-herbci-oldurulub
Oxunma sayı: 764

Əfqanıstanda daha 30 hərbçi öldürülüb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, “Taliban” qruplaşması Badqis əyalətində iki nəzarət-buraxılış məntəqəsinə hücum edib. Yerli hökumət məlumatı təsdiqləyib. Atəşkəs rejimi tətbiq edildikdən sonra bu, qruplaşmanın ilk böyük hücumudur.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qəni Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-a qədər birtərəfli atəşkəs elan etmişdi.

Aysel Kərimova