Əfqanıstanda stadionda partlayışlar oldu - 4 ölü, 10 yaralı

efqanistanda-stadionda-partlayislar-oldu
Oxunma sayı: 652

Əfqanıstanın Hilmənd əyalətində stadionda dalbadal iki partlayış olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralıların əksəriyyəti təhlükəsizlik əməkdaşları və yerli məmurlardır. İnsident “Fermerlər günü” bayramını qeyd edərkən törədilib. Məlumata görə, əyalətin qubernatoru ilə müavini də yaralılar arasındadır.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.