Əfv Komissiyası 700-dək müraciətə baxıb

efv-komissiyasi-700-dek-muraciete-baxib
Oxunma sayı: 1188

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
 
Komissiyanın indiyədək keçirilən iclaslarında 700-dək müraciətə baxılıb.
 
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.