Ege dənizində daha bir zəlzələ oldu

ege-denizinde-daha-bir-zelzele-oldu
Oxunma sayı: 948

Dünən Ege dənizində 6,6 bal gücündəki zəlzələnin təsirindən irili-xırdalı yeraltı təkanlar baş verməyə davam edir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla 20:09-da baş verən yeraltı təkan 5 bal gücündə olub.

Zəlzələnin episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib. Yeraltı təkanın dərinliyi 2,6 km olub.

Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən zəlzələ nəticəsində Türkiyədə və Yunanıstanda ümumilikdə 200-ə yaxın insan xəsarət alıb. Yunanıstanın Kos adasında 2 nəfər ölüb.