“Əgər Qəddafi kimi öldürülsəm, bu iki ölkəni vurun...” - Əsədin vəsiyyəti

eger-qeddafi-kimi-oldurulsem-bu-iki-olkeni-vurun-esedin-vesiyyeti-
Oxunma sayı: 651

Suriya dövlət başçısı Bəşər Əsədin generalları ilə birgə keçirdiyi gizli toplantıda vəsiyyətini açıqladığı ortaya çıxıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, İsrail mətbuatı suriyalı mənbələrinə istinad edərək Əsədin öldürüləcəyi təqdirdə generallarına İsrail və Misiri vurmağı vəsiyyət etdiyini yazıb: “Əgərə məni müxalifətin bombaları öldürsə və ya Müəmmar Qəddafi kimi bir avara tərəfindən öldürülsəm İsrail və Misiri vurun”.

El Vatan qəzeti isə Əsədin yaxın çevrəsinə “Hər nə olursa olsun, gəmisini tərk edən kapitan olmayacağam” dediyini yazıb.

Qeyd edək ki, BBC-yə açıqlama verən Suriya xarici işlər naziri köməkçisi Faysal Mikdat isə Əsədin 2014-cü il seçkilərində yenidən namizəd olması üçün heç bir maneə olmadığını qeyd etmişdi.