“El Klassiko”nun vaxtı açıqlandı

el-klassikonun-vaxti-aciqlandi
Oxunma sayı: 2491

Bu mövsüm baş tutacaq ilk “El Klassiko”nun vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Məlumata əsasən, La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Real” - “Barselona” qarşılaşması dekabrın 23-də oynanılacaq.

“Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Qeyd edək ki, 10 turdan sonra “Barselona” 28 xalla çempionatın lideridir. “Real” isə əzəli rəqibindən 8 xal geri qalmaqla turnir cədvəlində üçüncüdür.