Elektriki cərəyan vurub

elektriki-cereyan-vurub
Oxunma sayı: 687

Şəmkir rayonunun İrmaşlı kəndində elektriki cərəyan vurub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü kənd sakini Əhmədov Vaqif Məzahir oğlu təmir aparılan evdə elektrik işi görən zaman onu cərəyan vurub.

Ağır xəsarət alan elektrik yaxınlıqdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən V.Əhmədovun vəziyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.