Müğənni Əli Mirəliyev yenidən ARB TV-də işə başlayıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl aparıcılıq etdiyi “Səhər-Səhər” proqramı ilə vidalaşan ifaçı bir neçə gün bundan əvvəl efirdə görünməyə başlayıb.
O, proqramı Elgiz Əkbər və yeni televiziya siması olan Gülər Nemətlə birgə aparır.
Qeyd edək ki, müğənni ötən ilin noyabrın ayında ayağından zədələndiyini, bunun üçün müvəqqəti olaraq efirdən uzaqlaşdığını demişdi. O, daha sonra mətbuata açıqlama verərək verilişlə birdəfəlik vidalaşdığını söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər