Əslən Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Muradın 75 illiyi münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şairənin yaxınları, şəhid ailələrinin üzvləri, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seymur Orucov Güləmail Muradı 75 illik yubileyi münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi ilə təltif edib.
RİH başçısı, Azərbaycan Yazıçılar Birliyi Qazax rayon filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, şair- publisist, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Əzizə Ağahüseynqızı, şairin yaxını Solmaz Nağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Gülsənəm Cəlilova, şəhid ataları, İlqar Quliyev və Nazim Yusifov, şəhid anası Mahnur Mustafayeva, şairənin oxucusu Kifayət Əlisgəndərova çıxış edərək təbriklərini çatdırıblar.
Qeyd olunub ki, bir çox kitabların müəllifi olan şairənin xüsusi ilə Vətənə, qəhrəman şəhidlərimizə ithaf etdiyi əsərləri Vətənpərvərlik mövzusunda baş tutan müsabiqələrin lauratı olub, eyni zamanda həmin əsərlər gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına da böyük töhfələr verir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub, sözlərinə mahnılar və marşlar bəstələnib.










Son xəbərlər
Son Xəbərlər