Əliyev Ərdoğana başsağlığı verdi

eliyev-erdogana-bassagligi-verdi
Oxunma sayı: 635

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı verib, Türkiyənin Baş nazirinə və onun ailəsinə Allahdan səbr diləyib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.