“Əliyevə vurulan təyyarə ilə bağlı məlumat verdim”

eliyeve-vurulan-teyyare-ile-bagli-melumat-verdim
Oxunma sayı: 8874

Azərbaycanda səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə birgə mətbuata açıqlamalar veriblər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İ.Əliyev çıxışında bildirib ki, Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard həcmində sərmayə qoyacaq. Bu sərmayənin bir hissəsi artıq qoyulub:

"Bu, bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər. 

Son illər Türkiyənin güclənməsi, dünya miqyasında artan rolu qardaş kimi bizi də sevindirir və bizi də gücləndirir.

Bölgədə yeni təhdid və risklər var, bunlara hazır olmalıyıq.

TANAP layihəsinin icrasında heç bir problem yoxdur. Azərbaycanda çox zəngin qaz yataqları var. Əlbəttə bizim əsas ixrac yolumuz artıq bəllidir, bu Türkiyədir”.

Baş nazir Davudoğlu isə açıqlamasında bildirib ki, prezident İlham Əliyevlə təkbətək görüşündə Suriya olaylarını, rus təyyarəsinin vurulması ilə bağlı insidenti müzakirə etdiklərini deyib.