“Əllərinizdən qan axır, görmürsünüz?” – - Gülə şok sual

ellerinizden-qan-axir-gormursunuz-
Oxunma sayı: 4423


Türkiyə prezidenti Abdulla Gül oğlu Mehmet Emrenin də bu il məzun olduğu Harvard universitetində qatıldığı toplantıda gözlənilməz sualla qarşılaşıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Harvard Tibb Mərkəzinin həkimi Emre Altındişin sərt sulları qarşısında çıxılmaz vəziyyətdə qalıb. Altındişin “Türkiyədə insanlar ölərkən gecələr necə yatırsınız” sualı salonda şok effekti yaradıb. Gül soyuqqanlılığını qorumağa çalışaraq sualı axıra qədər dinləyib. Prezident suala cavab olaraq isə bildirib ki, onun söylədiyi sözlər həqiqət deyil: “Bir başqası olsaydı sənə bu sualı verməyə imkan verməzdi. Bu hadisələr başqa ölkələrdə də olur. Gezi parkında xoş niyyətlə başlayan nümayiş ilk başdan doğru şəkildə idarə edilmədiyi üçün qanundankənar şəbəkələr də onlara qoşuldu. Bunlar təbii ki çox üzücüdür”. 

Altındiş isə əlavə edib ki, Türkiyədə bu sualı versəydi onu həbs edərdilər: “Siz belə bir dövlətin başında olmaqdan utanmırsınız? Əllərinizdən qan axır, görmürsünüz? Necə utanmadan bizə demokratiya yalanları söyləyirsiniz? Gecələr necə yatırsınız? Sizin baş naziriniz 14 yaşındakı uşağa terrorist deyir”. 

Abdulla Gül isə Altındişə ona belə bir sual vermək haqqına sahib olmadığını bildirib.