Elm dünyasında yeni kəşf

elm-dunyasinda-yeni-kesf
Oxunma sayı: 2907

ABŞ-ın Yel Universitetinin tibb fakültəsinin mütəxəssisləri donuz beyinləri üzərində elmi araşdırma aparıblar.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, mütəxəssislər 32 donuzun beynini təcrübə üçün götürüblər.

6 saat ərzində beyinlərə xüsusi dərman vurulub. Sintetik qan tərkibli xüsusi maye pompalanıb. Prosesin sonunda hüceyrələrdə canlanma başlayıb. Bundan başqa, beyin damarları oksigeni normal beyinin istifadəyə etdiyi miqdarda sərf edib.

Bu təcrübə ilə ölümdən uzun müddət sonra beyində müəyyən funskiyaların canladırılmasının mümkünlüyü yoxlanılacaq. Növbəti mərhələdə proses 6 saatdan çox tətbiq ediləcək.