Elman Rüstəmovun əsas kadrı işdən çıxarılıb

elman-rustemovun-esas-kadri-isden-cixarilib
Oxunma sayı: 6325

Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
 
"Qafqazinfo" "APA-Economics"ə istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
 
X. Abdullayevin yerinə təyinat baş verməyib.

O, 2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib. 2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.

***

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

O, "APA-Economics"ə bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.