“Elmlər Akademiyası”nın ikinci çıxışının istifadə vaxtı açıqlandı

elmler-akademiyasinin-ikinci-cixisinin-istifade-vaxti-aciqlandi
Oxunma sayı: 631

AzərTAc xəbər verir ki, maili tuneldə xətt boyunca istiqamətləndirici borular qoyulacaq və həmin kontur 80 metr dərinliyədək sementlə doldurulacaq. Stansiyanın ikinci çıxışı 3 istiqamətə yönələcək.

Bu çıxış, həmçinin ərazidə keçid rolunu oynayacaqdır. Beləliklə, ətraf ərazidə piyadaların təhlükəsizliyi ilə yanaşı, sərnişinlərin rahatlığı da təmin olunacaq. Çıxışlardan biri Bakı Dövlət Universitetinin arxa hissəsində - Mətbuat prospektində yerləşəcək.

Burada birinci keçidə paralel daha 2 keçid inşa olunacaq. Daha bir çıxış Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsində - Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığında tikilir. “Elmlər Akademiyası” stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.