Elnur Seyidovun şikayəti təmin olunmadı

elnur-seyidovun-sikayeti-temin-olunmadi
Oxunma sayı: 1788

Bakı Apellyasiya Məhkəməsində ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun şərti azadlığa buraxılmaması ilə bağlı qərardan verilən şikayətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elşad Şamayevin icraatında olan prosesdə elan olunan qərara görə E.Seyidovun şikayəti təmin olunmayıb və o, həbsdə qalıb.

AXCP sədri Əli Kərimlinin qaynı olan E.Seyidov dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxta sənməf hazırlamaqda ittiham edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun şərti azadlığa buraxılmaq üçün etdiyi müraciəti Qaradağ rayon Məhkəməsi rədd edib.

Murad Əhməd