Elon Musk öz avtomobilini Marsa göndərəcək

elon-musk-oz-avtomobilini-marsa-gonderecek
Oxunma sayı: 1410

Elektrikli avtomobil markası “Tesla” və kosmik nəqliyyat şirkəti “SpaceX” şirkətlərinin qurucusu Elon Musk ağır raket sinfinə aid olan “Falcon Heavy”ni Marsa göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musk öz tvitter səhifəsində bildirib.

O deyib ki, raketdə yük kimi o, albalı rəngində olan öz şəxsi “Tesla Roadster” avtomobilini də Marsa yola salacaq:

“Təyinat nöqtəsi Marsın orbitidir. Əgər raketin uçuş startı zamanı o partlamasa, raket Mars planetinin orbitində milyardlarla il ərzində qalacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Falcon Heavy”nin ilk testləri bu ilin mayında uğurla keçirilib. Lakin buna baxmayaraq Musk dəfələrlə qeyd etmişdi ki, raketin ilk uçuşu riskli ola bilər.