Elxan Allahverdiyev Biləcəri sakinləri ilə görüşdü

elxan-allahverdiyev-bileceri-sakinleri-ile-gorusdu
Oxunma sayı: 2540

Dünən Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki. görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.