Elza 3 gün 3 gecə toy edəcək

elza-3-gun-3-gece-toy-edecek
Oxunma sayı: 1691


Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən bəstəkar-müğənni bildirib ki, o, qızı üçün 3 gün 3 gecə toy çaldıracaq: “Qızıma yay aylarında toy edəcəm. Çünki  xeyir iş açıq havada olacaq. Oğlumun toyunda çox adam məndən küsdü. İndi daha böyük yerdə edəcəyəm ki, hamı gələ bilsin".

Əməkdar artist daha sonra kürəkənindən söz açıb: “Kürəkənim çox ağıllı oğlandır. Adı Elxandır. Foto-müxbirdir. Onunla əməkdaşlığımız olub. Məndən qorxmur, amma hörmət edir. Bəzən deyirəm ki, kaş, oğlum da məni bir işarədən başa düşərdi”.