Elzadan Sevgililərə Rekviyem...

elzadan-sevgililere-rekviyem
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Elza Seyidcahana məxsusdur. Aranjomanı Giviyə məxsus olan mahnının klipinin bir hissəsi Bakıda, digər bir hissəsi isə Türkiyənin İstanbul və Bodrum şəhərlərində çəkilib. Rejissoru Nailə Əkbərova, opretoru Mətləb Yaqubov olan klip bu gündən etibarən televiziya kanallarında nümayiş olunmağa başlayacaq. Yaradıcı qrup mahnı və klipin musiqisevərlər tərəfindən bəyəniləcəyinə ümid edir.

Klip Azərbaycan kanalları ilə bərabər Türkiyənin bəzi musiqi kanallarında da nümayiş olunacaq. Elza Seyidcahan artıq klipin Türkiyənin TMB musiqi kanalında nümayiş üçün təqdim olunduğunu deyib və mahnının Azərbaycanla bərabər Türkiyə və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız tərəfindən də bəyəniləcəyinə inandığını bildirib.