Emin rusiyalı məşhurlara mükafat verdi - Fotolar

emin-rusiyali-meshurlara-mukafat-verdi
Oxunma sayı: 4013

Ötən gün Rusiyada “Jara” musiqi mükafatları mərasimi baş tutub.  “Qafqazinfo” xəbər verir ki, “Crocus City Hall”da reallaşan gecədə tanınmış ulduzlar iştirak edib. 

Tədbirə  Emin Ağalarov, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Valeriy Meladze, Qriqori Leps və başqaları qatılıb. Prodüseri Emin Ağalarovun olduğu “Jara” musiqi festivalında iştirak edən və şou-biznesdə fərqlənən məşhurlara mükafat verilib.

Mükafat mərasimində ən yaxşı klip Valeriy Meladzenin “Свобода или сладкий плен” mahnısına çəkilən ekran işi, ən yaxşı duet Emin Ağalarov və A-Studio (Eсли ты рядом), ən yaxşı xanım müğənni Ani Lorak, ən yaxşı kişi müğənni Dima Bilan, ən yaxşı qrup “Leninqrad”, ilin artisti Qriqoriy Leps, ən yaxşı mahnı Svetlana Loboda (Случайная) qalib elan edilib.