Emrə Aydının konsertində böyük rəzalət - Fotolar

emre-aydinin-konsertinde-boyuk-rezalet-fotolar
Oxunma sayı: 728

“Qafqazinfo”nun məlumatına görə, konsertdə reklamı gedən Dj-lərdən Çina, Erdi Ərdoğan və aparıcı qismində çıxışı planlaşdırılan Murad Əzimzadə gecəyə gəlməyiblər. Səbəb isə təşkilaçıların onlara qonorar verməməsi olub. Konsert zamanı Emrə Aydından reportaj götürmək istəyən bəzi telekanalların əməkdaşları da təhqir olunub. Onunla yanaşı digər mətbuat nümayəndələri arasında ayrı- seçkilik yaşanıb. Bu mətbuat işçilərinin böyük narazılıqına səbəb olub. Konsertdə iştirak edən mətbuat nümayəndələri hələ belə aşağı səviyyəli konsert təşkilaçılığı görmədiklərinin deyiblər. Təşkilatçılığı çox zəif olan konsertə yalnız Emrə Aydının 2 saatlıq çıxışı rəng qatıb. Pərəstişkarların əzbər bildiyi mahnıları müğənni ilə birgə oxuması ifaçıya olduqca xoş gəlib.

Onu da deyək ki, Emrə Aydından öncə səhnəyə azərbaycanlı müğənni Leyla Ramazanlı çıxıb. 1 saatlıq çıxışı zamanı bütün məşhur ifalarını səsləndirib. Leylanın müşayiət edən rəqs qrupu Ukraynadan dəvət edilib. Cəsarətli rəqs nömrələri nümayiş etdirən Leylanın imici üzərində isə məşhur stilist Samiraldo (Samir Əliyev) çalışıb.

Qeyd edək ki, Murad Əzimzadənin aparması gərəkən konsertə son anda iki məşhur aparıcısı Arzu Əsgərova ilə Ramin İbrahimov dəvət olunub.

Aynur Babayeva