Ən yaxşı beyin mərkəzi seçildi

en-yaxsi-beyin-merkezi-secildi-
Oxunma sayı: 1212


“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçi ekspert, İSİM rəhbəri Vüqar Bayramov facebook hesabında yazıb.

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya universiteti yanvarın 25-də BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında 2013-cü ilin dünya beyin mərkəzlərinin hesabatının təqdimatını həyata keçirib. Qeyd edək ki, hesabat BMT, İqtisadi Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının, eləcə də bir sıra digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Hesabat hazırlanarkən dünyanın 1500-dən artıq aparıcı eksperti arasında sorğu keçirilib. Sorğunun nəticələri qiymətləndirilmək üçün BMT-nin və eləcə də digər beynəxalq təşkilatların ekspertlərinə təqdim edilib. Sevindirici haldır ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Qafqaz və Mərkəzi Asiyanın ən yaxşı beyin mərkəzi seçilib. Hesabatın tam mətni universitetinin internet səhifəsində yerləşdirilməklə (http://gotothinktank.com/dev1/wp-content/uploads/2014/01/GoToReport2013_Final.pdf), dünyanın aparıcı qurumlar tərəfindən paylaşdırılıb.