Ərdoğan Afrinin terrorçulardan təmizlənməsindən danışdı

erdogan-afrinin-terrorculardan-temizlenmesinden-danisdi
Oxunma sayı: 1593

“Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində “Zeytun budağı” əməliyyatının 58-ci günündə Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb”.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı bildirib.

“Hazırda Afrində Türkiyənin və Azad Suriya Ordusunun bayrağı dalğalanır. Türkiyə bir daha haqlının, məzlumun yanında olduğunu bütün dünyaya göstərmiş oldu. 140 min nəfər Cerablusa qayıtdı, indi də afrinli qardaşlarımız Afrinə qayıdacaqlar. Bölgədə yaşayış şəraitini düzəltmək üçün lazımi addımları atacağıq”, - deyə Ərdoğan söyləyib.