Ərdoğan prezidentliyə rəsmən namizəd oldu

erdogan-prezidentliye-resmen-namized-oldu
Oxunma sayı: 2876


“Qafqazinfo”nun Axar.az-a istinadən məlumatına görə, Şahin bildirib ki, son günlər namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşırdı. Qərara alındı ki, bütün bu fikrilərə son qoyulsun:

“Rəsmən bildirirəm ki, namizədimiz hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyasının 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”.