Ərdoğandan Ərbil paylaşımı

erdogandan-erbil-paylasimi
Oxunma sayı: 2446

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücuma münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu hücumu pisləyib və şəhid olan əməkdaşa Allahdan rəhmət diləyib.

Bildirib ki, hücumu təşkil edənlərin qısa zamanda tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir.